19.09.2018

Yeni dərs ili uğurla başlamışdır 

2018-2019-cu dərs ili Ağsu rayonunun 69 ümumtəhsil məktəbində uğurla başlamışdır. Sentyabrın 15-də rayonun bütün məktəblərində “Bilik günü” böyük təntənə ilə qeyd edilib. Keçirilən tədbirlərdə Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, Rayon Təhsil Şöbəsinin əməkdaşları, qeyri-hökümət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də valideynlər iştirak ediblər.

Tədbirlərdə müəllimlər, valideynlər, şagirdlər çıxış edərək yeni dərs ilində bütün müəllim və şagirdlərə xüsusilə I sinif şagirdlərinə uğurlar arzulayıblar . Tədbirlərdə şagirdlərin ifasında mahni və rəqslər ifa ediblər .

Sentyabrın 17-də ilk zəng çalınmış, şagirdlər həvəslə dərslərə başlamışlar.

 


Açar sözlər: ,  ,  ,  ,