14.09.2018

Müəllimlərin ənənəvi  sentyabr konfransı keçirilib

11 sentyabr 2018-ci il tarixdə Ağsu rayon müəllimlərinin ənənəvi konfransı keçirilib. Əvvəlcə şagirdlərin ifasında Dövlət himni səsləndirilmiş ,daha sonra müəllimlər şeirlərlə təbrik ediliblər . Konfransda “ 2017-2018-ci dərs ilinin yekunları və qarşçıda duran vəzifələr” barədə hesabat məruzəsi ilə rayon Təhsil Şöbəsinin müdiri S.Əlabbasov çıxış edib. Məruzəçi ötən dərs ilində əldə edilən nailiyyətlərdən, eləcə də işdə yol verilən bəzi nöqsanlardan danışıb, nümayiş etdirilən cədvəllər üzrə təhlillər aparıb. Məruzə ətrafında müzakirələrdə Ağsu şəhər 3 №-li tam orta məktəbin Əməkdar müəllimi Rəhilə Musayevə, Ağsu şəhər 1 №-li məktəb-liseyin direktoru Sənan Nemətov , Ağsu şəhər 3 №-li tam orta məktəbdə yeni dərs ilindən fəaliyyətə başlayan gənc müəllim Dilbər Ağagülova, Ağsu şəhər 5 №-li tam orta məktəbin məzunu, 614 bal toplayaraq Bakı Dövlət  Universitetinin riyaziyyat fakultəsinə daxil olan Sürəyya Mahmudova, Cəlayir kənd tam orta məktəbin məzunu, 641 bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin ingilis dili fakultəsinə daxil olan Ramilə Dursunəliyeva, Cəlayir kənd tam orta məktəbin direktoru Rüstəm Cəfərov çıxış ediblər.

Konfransda Azərbaycan Respublkası Təhsil Nazirliyinin səlahiyyətli nümayəndəsi Zöhrab Kəlbəliyev və Ağsu rayon İcra hakimiyyəti başçısının müavini Sevil Mirzəyeva çıxış edərək Ağsu rayonunun təhsil işçiləri qarşısında duran vəzifələrdən danışıblar .

Sonda 600-dən yuxarı bal toplayaraq təhsil müəssisələrinə daxil olan məzunlara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib .