02.09.2018

Dərs ilinin başlanması ilə əlaqədar  Təhsilyanı Şura iclası keçirilib

              30 avqust 2018-ci il tarixdə yeni dərs ilinin başlanması ilə əlaqədar Ağsu rayon Təhsil Şöbəsində təhsilyanı Şura iclası keçirilib . Şura iclasında Təhsil Şöbəsinin əməkdaşları, məktəb rəhbərləri iştirak etmişlər .

 

Rayon Təhsil Şöbəsinin müdiri S. Əlabbasov ötən dərs ilinin yekunları , yeni dərs ilində qarşıda duran vəzifələrdən danışmış, rayon müəllimlərinin ənənəvi sentyabr konfransına hazırlıqla əlaqədar görülən işlərdən bəhs etmişdir .

Təhsil Şöbəsi Metodkabinetinin direktoru E.Fərzəlizadə, aparıcı məsləhətçilər N.Heydərov, Ə.Məmmədov iclas iştirakçılarını Təhsil Nazirliyinin yeni əmr və təlimatları, yeni dərs ilində həyata keçiriləcək məsələlərlə bağlı məktublarla tanış etmişlər .

İclasın sonunda suallar və verilən cavablar dinlənilmiş, fikir mübadiləsi aparılmışdır .

 


Açar sözlər: ,  ,