28.06.2018

 Təhsilyanı şura iclası keçirilib

22.06.2018- ci il tarixdə Ağsu Rayon Təhsil Şöbəsinin növbəti təhsilyanı şura iclası keçirilib. İclasda Şöbənin əməkdaşları və rayonun ümumi təhsil məktəblərinin direktorları iştirak ediblər.

Təhsil Şöbəsinin müdiri giriş sözü ilə çıxış edərək iclasın gündəliyində müzakirə olunacaq məsələlər barədə iştirakçıları məlumatlandırıb.

Daha sonra 27 iyun 2018-ci il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən rayonun ümumtəhsil məktəblərinin IX-XI siniflərində mərkəzləşdirilmiş qaydada keçiriləcək buraxılış imtahanlarına hazırlığın vəziyyəti barədə müzakirələr aparılıb.

İclasın gündəliyində duran digər məsələlər - Ümumi orta təhsil haqqında və orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi , rayonun ümumtəhsil məktəblərində mövcud vakant yerlər və çalışma müddəti başa çatmış müəllimlər barədə müzakirələr aparılıb.

Sonda direktorları maraqlandıran suallar cavablandırılıb.

 


Açar sözlər: ,  ,