14.06.2018

 “Son zəng” mərasimi keçrilib

Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmrinə uyğun olaraq Ağsu şəhər  S.Umbayev adına 2 saylı tam orta məktəbdə 14 iyun 2018- ci il tarixdə “Son zəng” mərasimi keçrilib.

Ağsu rayon İcra hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin , həmçinin məktəbin nümayəndələri , valideyinlər məzunları təbrik edərək həyatda onlara can sağlığı və uğurlar arzulayıblar.

Tədbirdə həmçinin məktəbin qabaqcıl müəllimlərinə, dövlət müəssisəsində çalışmanın yaş həddinə çatması ilə əlaqədar təqaüdə çıxmış müəllimlərə fəxri fərmanlar təqdim edilib.

Məzunların ifa etdikləri mahnı və rəqslər maraqla qarşılanıb.

 


Açar sözlər: ,  ,  ,