24.05.2018

 Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olnmuş tədbir keçirilib

23.05.2018- ci il tarixdə Musabəyli kənd tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olnmuş tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, pedaqoji kollektiv və şagirdlərlə yanaşı məktəbin pedaqoji sahədə əməkdaşlıq etdiyi İlxıçı kənd tam orta məktəbinin  nümayəndələri də iştirak edib.

Məktəbin direktoru Afaq Abdullayeva çıxış edərək tədbirin keçirilməsinin əhəmiyyətindən söz açıb.O, 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı Prezident İlham Əliyevin sərəncamı, bu sərəncamdan irəli gələn məsələlərin həyata keçirilməsi üçün Təhsil Nazirliyinin əmri, məktəbin tədbirlər planına uyğun olaraq görülən işlər barədə iştirakçılara geniş məlumat verib. Çıxış edən digər natiqlər Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik ənənələrinin yaranmasında, xalqın qəlbində azadlıq və istiqlal duyğularını  gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamasındakı rolu barədə məruzə ediblər.

 Tədbir şagirdlərin hazırladıqları bədii hissə ilə davam etdirilib. Şagirdlərin nümayiş etdirdikləri müxtəlif səhnəcik və kompozisiyalar iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.


Açar sözlər: ,  ,  ,