24.05.2018

 Intellektual oyun üzrə yarış keçirilib

Rayonun ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında 19.05.2018 - ci il tarixdə Şəhər 3 saylı tam orta məktəbdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 ili”nə həsr olnmuş intellektual oyun üzrə yarış keçirilib. Oyunun keçirilməsində əsas məqsəd şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü artırmaq, zehni  inkişafını gücləndirmək, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub.Yarışda 51 tam və ümumi orta məktəbdən 70 nəfər şagirdi  iştirak edib.Yarışda şagirdlər intellektual bacarıqlarını müəyyən edəcək  sualları cavablandıriblar.

Komissiya  tərəfindən  ən yüksək nəticə göstərənlər müəyyən edilərək Rayon Təhsil Şöbəsi və məktəb rəhbərləri tərəfindən mükafatlandırılıblar.


Açar sözlər: ,  ,