23.05.2018

 Əlifba bayramı keçirilib

15.05.2018-ci il tarixdə  Muradlı kənd tam orta məktəbdə birincilərin hesabat bayramı – Əlifba bayramı keçirilib. İlk olaraq birincilər alqış sədaları altında bayram tədbirinə dəvət olunub. Onların gəlişindən sonra müəllim və şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət himni səslənib.

Tədbirdə pedaqoji əməkdaşlıq çərçivəsində İsmayıllı rayonu Qubaxəlilli kənd tam orta məktəbin  rəhbərliyi və müəllim kollektivi də iştirak edib.

Tədbiri giriş sözü ilə açan təşkilatçı müavin Akif Həsənov qonaqları, valideyinləri və digər iştirakçıları salamlayıb. Sonra birincilərin və digər şagirdlərin bir- birindən daha gözəl ifa etdikləri musiqili-əyləncəli səhnəciklər, mahnılar və şeirlər hər kəs tərəfindən maraqla qarşılandı .

Bayram tədbiri ərizində Qubaxəlilli kənd tam orta məktəbinin direktoru Ramiz müəllimə və digər müəllimlərə söz verilib. Onlar birincilərə və onların müəlliminə işlərində , dərslərində uğurlar arzulayırıq tədbirdən zövq aldıqlarını , bu məktəbdən xoş təəssüratlarla ayrıldıqlarını söylədilər. Çıxışın sonunda Qubaxəlilli məktəb  kollektivinin  hədiyyələri birincilərə və onların müəlliminə təqdim olundu.

Sonda Muradlı kənd tam orta məktəbinin direktoru Aqil Həsənov çıxış edərək dəvəti qəbul edib gələn qonaqlara  öz təşəkkürünü bildirdi. O tədbirin araya-ərsəyə gəlməsində zəhməti olan müəllim və şagird kollektivinə öz minnətdarlığını  bildirdi. Axırda hər iki məktəbin pedaqoji kollektivi birlikdə xatirə şəkilləri çəkdirdi .

 


Açar sözlər: ,  ,