13.03.2018

    Əməkdaşlıq dostluğa çevrilir

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05 yanvar 2018- ci il tarixli 21 nömrəli əmrinin icrası ilə əlaqədar Ağsu və İsmayıllı rayonlarının təhsil şöbələri, həmçinin ümumtəhsil məktəbləri arasında pedaqoji əlaqələrin yaradılması və inkişaf etdirilməsinin fəaliyyət istiqamətləri barədə Birgə tədbirlər planı çərçivəsində bu ilin yanvar ayından başlayaraq maraqlı tədbirlərin həyata keçrilməsinə başlanmışdır.

    Belə ki, 29 yanvar 2018- ci il tarixdə İsmayıllı şəhərində Ağsu və İsmayıllı rayon təhsil şöbəsi əməkdaşlarının , təhsil müəsisələri rəhbərlərinin , habelə , qabaqcıl müəllimlərin birgə müşavirəsi çox maraqla qarşılanmış , dövlət təhsil siyasətinin həyata keçrilməsi, ”Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Srategiyası”nda müəyyən edilmiş hədəflər baxımından ümumi təhsilin müasir tələblər səviyyəsində səriştəli idarə olunması yollarından danışılmış , bu sahədə müəllimlərin və məktəb rəhbərlərinin üzərinə düşən vəzifələr qeyd edilmişdir.

Pedaqoji əməkdaşlıq əlaqələri ilə bağlı Birgə Fəaliyyət planina uyğun olaraq növbəti tədbir 28 fevral 2018 –ci il tarixdə Ağsu Rayonun Muradlı kənd tam orta məktəbində keçirilmişdir .Tədbirlər çərçivəsində İsmayıllı rayonun Qubaxəlilli kənd tam orta məktəbi kollektivinin 15 nəfərdən ibarət nümayəndə heyyəti Ağsuda , Muradlı kənd tam orta məktəbdə olmuşlar. Qonaqlar . müəllim və şagirdlər tərəfindən gül çiçəklə qarşılanmışlar. Əvvəlcə Ağsu Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Natiq Heydərov və Muradlı kənd tam orta məktəbinin direktoru Aqil Həsənov qonaqları məktəbdəki tədris prosesi ilə tanış etmiş , innovativ tədbirlərin tətbiqi ,səriştəli idarəetmənin yolları barədə fikir mübadiləsi aparmışlar.

Birtipli lahiyə əsasında 4 il əvvəl tikilmiş ,müasir istilik sistemi , inventar və avadanlıqlarla , internet resursları ilə təchiz edilmiş Muradlı kənd tam orta məktəbində rayonun qabaqcıl , kəndin və rayonun həyatında fəal iştirak edən valideyinlərin hörmətini qazanmış, Diaqnostiq Qiymətləndirilmədə yüksək nəticələr göstərmiş müəllimlər çalışırlar.

    Maraqlıdır ki, İsmayıllı rayonunun pedaqoji işçilərinin Muradlı kənd tam orta məktəbində olduqlarını eşidən bir çox valideyinlər də məktəbə gəlmiş, qonaqlarla səmimi görüşlər keçirmişlər.

Tədbir məktəbin iclas zalında davam etdirilmişdir. İsmayıllı Rayon Təhsil Şöbəsinin əməkdaşı , Famil Səfərov , Ağsu Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Natiq Heydərov , Qubaxəlilli kənd tam orta məktəbin direktoru Ramiz Mustafayev, Muradlı kənd tam orta məktəbin direktoru Aqil Həsənov, Qubaxəlilli kənd tam orta məktəbin müəllimləri – Əlisafa Muradov ,Kəmalə Həsənova , Rasta Nuruyeva , Çinarə Mirzəyeva , Rəsmiyyə Əzimova , Rahim Mehdiyev, habelə ,Muradlı kənd tam orta məktəbin müəllimləri–İbrahim Cavadov, Zivər Həsənova keçirilən iclasda çıxış edərək Təhsil Nazirliyinin pedaqoji əməkdaşlıq barədə əmrinin təhsil işçiləri tərəfindən maraqla və rəğbətlə qarşılandığını, əməkdaşlığın fayda gətirəcəyini , hətta uzun müddətli dostluğa çevriləcəyini vurğulamışlar.

    Unudulmaz anlar yaşanan növbəti əməkdaşlıq görüşü 6 mart 2018- ci il tarixdə İsmayıllı rayonunun Qubaxəlilli kənd tam orta məktəbdə keçirilmişdir. Ağsu rayonunun Muradlı kənd tam orta məktəb kollektivinin nümayəndələri əvvəlcə Qubaxəlilli kənd tam orta məktəbin maddi – texniki bazası,tərtibatı əyani təşviqat vasitələri, fəal müəllimlərin, yüksək bal toplayaraq ali təhsil müəssələrinə daxil olmuş məzunların şəkillərini əks etdirən stendlərlə tanış olmuşlar.

    Daha sonra ayrı–ayrı müəllimlərin açıq dərslərində iştirak edərək fikir mübadiləsi aparmışlar. Sənədlərlə aparılan işlərin vəziyyəti diqqət mərkəzində olmuşdur.

    Ənənəvi olaraq axırda yekun iclası kecirilmişdir.Qubaxəlilli kənd tam orta məktəbin direktoru Ramiz Mustafatev, müəllimi Kəmalə Həsənova, Muradlı kənd tam orta məktəbin direktoru Aqil Həsənov, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdür müavini Rahim Baxışov ,Təhsil İşciləri Həmikarlar İttifaqı İsmayıllı Rayon təşkilatının sədri Hafiz Kərimov , Ağsu Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Natiq Heydərov çıxış edərək qarşılıqlı səfərlərin çox faydalı   olduğunu, görüşlərdə yeni–yeni ideyaların yaranmasının ümumi işə fayda verdiyini, pedaqoji əməkdaşlığın bundan sonra da davam etdirilməsinin zərurliyinin bildirmişlər.