02.03.2018

  Şəhər 3 saylı tam ort məktəbdə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar tədbir kecirilmişdir

   26 fevral 2018-ci il  tarixdə Şəhər 3 saylı tam orta  məktəbdə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.Tədbirdə məktəb rəhbərliyi, pedaqoji kollektiv,şagirdlər və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbiri məktəbin direktoru Leyla Rüstəmzadə giriş sözü ilə açaraq tədbirin əhəmiyyətindən danışmışdır.İştirakçılar tərəfindən soyqırım qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad edilmiş, soyqırımdan bəhs edən sənədli film izlənilmişdir. Çıxış edən natiqlər ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətindən,bu siyasətin tərkib hissəsi kimi həyata keçirilən Xocalı soyqırımından, əsir düşən, girov götürülən, qətlə yetirilən, qaçqın və məcburi köçkün düşən soydaşlarımızdan və onlara dövlət qayğısından söz açmışlar. Şagirdlər tərəfindən  soyqırıma həsr olunmuş hazırladıqları səhnəciklər iştirakçılar tərəfindən rəğbətlə qarşılanmışdır.

 


Açar sözlər: ,  ,