01.03.2018

   İsmayıllı rayonu Qubaxəlilli məktəbinin kollektivi Ağsu rayonu Muradlı məktəbində olmuşdur

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05.01.2018 –ci il tarixli 21 № li əmrinin icrası ilə əlaqədar Ağsu və İsmayıllı rayonlarının Təhsil Şöbələri, həmcinin ümumtəhsil məktəbləri arasında pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması və inklişaf etdirilməsinin fəaliyyət istiqamətləri barədə birgə tədbirlər planına əsasən 28 fevral 2018 –ci il tarixdə növbəti tədbirlər Ağsu Rayonunun Muradlı kənd tam orta məktəbində kecrilmişdir. Tədbirlər çərçivəsində İsmayıllı rayonunun Qubaxəlilli kənd tam orta məktəb kollektivinin 15 nəfərdən ibarət nümayəndə heyəti Muradlı kənd tam orta məktəbdə olmuşlar.

    Ağsu Rayonun Təhsil Şöbəsinin aparıcı məsləhətcisi Natiq Heydərov , Muradlı kənd tam orta məktəbin direktoru Aqil Həsənov qonaqları məktəbdəki tədris prosesi ilə tanış etmiş , innonativ tədbirlərinin, səriştəli təlimin yolları barədə fikir mübadiləsi aparmışlar.

    Birtipli layihə əsasında 4 il əvvəl tikilmiş ,müasir inventar və avadanlıqlarla , internet resurasları ilə təchiz edilmiş Muradlı kənd tam orta məktəbin iclas zalında keçirilmiş yekun iclasında Qubaxəlilli kənd tam orta məktəbin direktoru Ramiz Mustafayev , İsmayıllı RTŞ-ın əməkdaşı Famil Səfərov, Qubaxəlilli kənd tam orta məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini Əlisafa Muradov ,Qubaxəlilli kənd tam orta məktəbin biologiya müəllimi Kəmalə Həsənova , fizika müəllimi Rasta Nuriyeva, ingilis dili müəllimi Çinarə Mirzəyev , ibtidai sinif müəllimi Rəsmiyyə Əzimova , tarix müəllimi Rahim Mehdiyev , həmcinin Ağsu RTŞ-ın aparıcı məsləhətcisi Natiq Heydərov , Muradlı kənd tam orta məktəbin direktoru Aqil Həsənov , azərbaycan dili və ədəbiyyat müəllimi Zivər Həsənova, ingilis dili müəllimi İbrahim Cavadov cıxış etmişlər.Tədbir çərçivəsində Qubaxəlilli və Muradlı kənd tam orta məktəblərinin direktorları R. Mustafayev və A. Həsənov arasında idarəetmənin və sənədlərlə işin təşkili barədə fikir mübadiləsi olmuşdur.

    Əməkdaşlıq cərcivəsində tədbirlər dərs ili ərzində davam etdiriləcəkdir .