28.02.2018

    Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar tədbir keçirilmişdir    

  “Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12.02.2018- ci il tarixli, F-122 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə Təhsil Şöbəsinin və rayonun bütün ümumi təhsil müəssisələrinin tədbirlər planı təsdiq edilmişdir.Tədbirlər Planına  uyğun olaraq Ağarx kənd tam orta məktəbində Xocalı soyqırımına həsr olunmuş  tədbir keçirilmişdir. Tədbirdə Təhsil Şöbəsinin əməkdaşları, ümumi  məktəb  kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.


Açar sözlər: ,  ,  ,