12.02.2018

“Təhsildə keyfiyyət ili” çərçivəsində S.Umbayev adına şəhər 2 nömrəli tam orta məktəbdə tədbirlər davam edir

“Təhsildə keyfiyyət ili” çərçivəsində məktəbin rəhbərliyinin təşəbbüsü ilə IX sinif şagirdləri üçün Azərbaycan dili və riyaziyyat fənlərindən sınaq imtahanları keçirilib. Sınaq imtahanının keçirilməsində məqsəd şagirdlərin imtahana hazırlığının mövcud vəziyyətini düzgün qiymətləndirmək və ona uyğun olaraq müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək olub. Şagirdlərə təqdim olunan sual kitabçaları Azərbaycan dili və riyaziyyat fənni üzrə ayrı-ayrılıqda 30+30 qapalı tipli suallardan ibarət olub. İmtahana ayrılmış 2 saat vaxtın 30 dəqiqəsini cavab kartlarını doldurmağa 1.5 saat vaxtı isə verilmiş sualları cavablandırmağa sərf edən şagirdlər öz bilik və bacarıqlarını nümayiş etdirməyə çalışmışlar.


Açar sözlər: ,