26.01.2018

   Rayonun ümumtəhsil məktəblərinin şagirdləri "Qəhrəmanlar parkı"nda şəhidlərin abidəsini ziyarət etmişlər.

    “20 Yanvar faciəsinin 28 - ci ildönümünün qeyd olunması barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 4.01.2018- ci il tarixli, 10 nömrəli əmrininin icrası ilə əlaqədar Rayon Təhsil Şöbəsinin və onun tabeliyində olan ümumtəhsil məktəblərinin Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq P.F.Mirzəyev adına şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri və pedaqoji kollektivi rayonun "Qəhrəmanlar parkı"nda Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək həlak olmuş şəhidlərin abidəsini ziyarət etmişlər.Onlar şəhidlərin abidəsi önünə gül dəstələri qoymuş və şəhidlərimizin xatirəsinə həsr olunan şeirlər söyləmişlər.