26.01.2018

    “20 Yanvar-Ümumxalq Hüzn Günü”nə həsr olunmuş məktəblilər arasında şahmat idman növü üzrə rayon birinciliyi keçirilmişdir.

      Ağsu rayon Gənclər və İdman İdarəsinin, Ağsu rayon Təhsil şöbəsinin və Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təsdiq etdikləri Əsasnaməyə uyğun olaraq 17-19 yanvar 2018-ci il tarixlərində Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində “20 Yanvar-Ümumxalq Hüzn Günü”nə həsr olunmuş məktəblilər arasında şahmat idman növü üzrə rayon birinciliyi keçirilmişdir.  Yarışın keçirilməsində məqsəd 20 yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək, məktəblilərdə Vətənə məhəbbət hissini aşılamaq və şahmatçıların təsnifat dərəcələrini artırmaq olmuşdur. Üç gün davam edən yarışda qızlar bir qrupda, oğlanlar isə iki qrupda (10 və 16 yaşadək olan məktəblilər) iştirak etmişdir. Birincilikdə ümumilikdə 52 nəfər şahmatçı öz zəkasını sınamışdır.Yarış dairəvi sistem üzrə keçirilmişdir.Hər qrupda I,II yerlərə layiq görülən şahmatçılara Ağsu rayon Gənclər və İdman idarəsinin qiymətli hədiyyələr, III yerlərə layiq görülən şahmatçılara isə yalnız diplomlar təqdim olunmuşdur.