25.01.2018

     T.Nadirov adına Ağsu şəhər 1 saylı məktəb-liseydə də  silsilə tədbirlər keçirilmişdir.    

     A.T.Nadirov adına Ağsu şəhər 1 saylı məktəb-liseydə də 20 Yanvar faciəsinin 28 - ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Tədbirlərlə əlaqədar olaraq məktəbin foyesində faciəyə həsr olunmuş məktəblilərin çəkdikləri rəsmlərdən ibarət sərgi, akt zalında faciə qurbanlarına həsr olunmuş anım tədbiri, "Qəhrəmanlar parkı"na şagirdlərin ziyarəti təşkil edilmişdir. Tədbirlərdə iştirakçılar şəhidlərimizin ruhuna öz ehtiramlarını bildirmiş, Azərbaycan xalqının müstəqillik uğurunda mübarizələrindən bəhs etmişlər.