22.01.2018

  Şəhər 3 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 28 - ci ildönümü qeyd olunmuşdur.

     Rayonun bütün ümumtəhsil məktəbləri ilə yanaşı Şəhər 3 nömrəli tam orta məktəbdə də 19.01.2018- ci il tarixdə 20 Yanvar faciəsinin 28 - ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, şagirdlər və pedaqoji kollektivin üzvləri iştirak etmişlər. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Leyla Rüstəmzadə və digər natiqlər 20 Yanvar faicəsini doğuran səbəblərdən, onun Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi daxil olmasından söz açmışlar.Tədbir 20 Yanvar hadisələrindən bəhs edən sənədli filmin nümayişi və şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar ilə davam etdirilmişdir.