21.12.2017

 Rayonun ümumtəhsil məktəblərində nümunəvi açıq dərslər keçirilir.

    Azərbaycan Respublikası təhsil nazirinin 28.08.2017- ci il tarixli, 261 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsildə keyfiyyət ili” çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar Ağsu Rayon Təhsil Şöbəsi tədbirlər planına uyğun olaraq təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması sahəsində konkret işlər həyata keçirir. Təhsilin keyfiyyətinin, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, təbliği və yayılmasının əhəmiyyətini nəzərə alaraq rayonun ümumtəhsil məktəblərində davamlı olaraq qabaqcıl müəllimlərin nümunəvi açıq dərsləri təşkil edilir. 19.12.2017- ci il tarixdə A.Nadirov adına Ağsu şəhər 1 nömrəli məktəb-liseyin biologiya müəllimi Tamella Əliyevanın texniki-təbiət təmayüllü X sinifdə "Dayaq hərəkət sistemi" mövzusunda təşkil etdiyi açıq dərsdə Rayon Təhsil Şöbəsinin nümayəndəsi E.Fərzəlizadə, məktəb rəhbərliyi və həmin ixtisasdan dərs deyən digər müəllimlər iştirak etmişlər. Dərs fəal təlim metod ilə texniki vasitələrdən və əyani vəsaitdən istifadə edilməklə keçirildi.


Açar sözlər: ,  ,