14.12.2017

   Şəhər 3 saylı tam orta məktəbdə bədii əsərlərin oxusu və muzakirəsi keçirilmışdir.

   Ağsu şəhər 3 saylı tam orta məktəbin kitabxanasında 7.12.2017- ci il tarixdə Azərbaycanın məşhur şəxsiyyətlərinə, xalqımızın qəhrəmanlıq tarixinə həsr olunmuş bədii əsərlərin oxusu və muzakirəsi keçirilmışdir. Müzakirədə məktəb rəhbərliyi, kitabxanaçılar, ədəbiyyat müəllimləri, şagirdlər iştirak etmişlər. İştirakçılar belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açaraq şagirdlərdə mütaliə vərdişlərinin formalaşmasında müəllimlərlə kitabxanaçıların birgə fəaliyyətinin səmərəli təşkilinin zəruriliyini nəzərə çatdırmışlar.