13.12.2017

   Ağsu şəhər 3 saylı tam orta məktəbdə Ulu Öndərin anım günü keçirilib.  

  Ümummilli lider Heydər Əliyevin vəfat etməsinin 14-cü ildönümü ilə bağlı respublikamızın hər yerində olduğu kimi Ağsu rayonunda da silsilə tədbirlər keçirilmişdir. Ağsu şəhər 3 saylı tam orta məktəbin  akt zalında keçirilən tədbirdə şagirdlərin ifasında dövlət himni  canlı səslənmiş, məktəb rəhbərliyi və müəllimlər çıxış etmiş, şagirdlərin ifasında Ulu Öndərin həyat və fəaliyyətinə dair şeirlər və mahnılar oxunmuşdur.Sonra müəllim və şagirdlərin bir qrupu Ümummilli liderimizn rayonun mərkəzində yerləşən abidəsini ziyarət etmiş,abidəsi önünə gül dəstələri qoymuş, onun ruhuna ehtiramlarını bildirmişlər.