06.12.2017

  Şəhər 3 saylı tam orta məktəbdə Bülbülün 120 illik yubileyi qeyd edilmişdir

   “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Təhsil naziri cənab Mikayıl Cabbarovun 2 avqust 2017-ci il tarixli 235 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə Rayon Təhsil Şöbəsinin Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq rayonun bütün ümumtəhsil məktəblərində davamlı olaraq müxtəlif tədbirlər keçirilir. Şəhər 3 saylı tam orta məktəbdə 29 noyabr 2017 – ci il tarixdə keçirilən tədbirdə Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi, pedaqoji kollektiv, şagirdlər iştirak etmişlər. Tədbirdə çıxış edən natiqlər Bülbülün Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən danışmış, onun zəngin yaradıcılıq yolu keçdiyi və çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoyduğu şagirdlərin diqqətinə çatdırılmışdır.        Milli musiqi mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş sənətkara həsr olunan tədbirdə şagirdlər Bülbülün repertuarından xalq mahnıları və klassik əsərlər ifa etmiş, rəqs nümayiş etdirmişlər.