05.12.2017

  “Bizə qoşul və xilas et!” layihəsi davam edir

   1 dekabr 2017-ci il tarixində Ağsu şəhər 3 nömrəli tam orta məktəbində Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsi”ndə qalib gəlmiş “Bizə qoşul və xilas et!” layihəsi çərçivəsində təlim keçirilib.

   Tədbirdə şəhər 3 nömrəli məktəbin müəllim kollektivi və şagirdləri iştirak ediblər.

   Şagirdlərə mövzu ilə bağlı ətraflı məlumatlar verilərək, cəmiyyətdə mövcud olan müxtəlif problemlərin erkən nikahların sayının artmasına səbəb olduğu, bu sıradan savadsızlıq, məlumatsızlıq, bəsit düşüncə tərzi və maddi problemləri tədbir iştirakçıları ilə müzakirə edilib. Sözügedən mövzu ilə əlaqədar məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

    Təlim iştirakçılarına mövzu ilə əlaqədar maarifləndirici bukletlər təqdim edilib.

    Qeyd edək ki, layihənin rəhbəri Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin müəllimi Ziba Məmmədovadır. Layihənin icra müddəti 3 ayı əhatə edir, Sentyabr ayının 22-də başlayıb və dekabr ayının 22-də yekunlaşdırılacaqdır.