11.10.2017

 5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür.

    Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Tədbirdə çıxış edən Ağsu Rayon Təhsil Şöbəsinin müdiri Səftər Əlabbasov bu əlamətdar gün münasibəti ilə müəllimləri təbrik edib, xoş arzularını çatdırıb. Son illər cənab Prezidentin diqqət və qayğısı ilə rayonda 15-ə yaxın yeni məktəbin tikildiyini, 10-a yaxin məktəbin isə əsaslı təmir olunmasını və məktəblərin ən müasir avadanlıq və ləvazimatlarla, kompüterlərlə təchiz edilərək internetə qoşulmalarını, təhsil sahəsində qazanılan uğurları qeyd edib. Ənənəvi hal kimi hər il rayonun qabaqcıl müəllimlərinin ölkə başçısı tərəfindən təltif olunmasını vurğulayaraq ölkə rəhbərinə minnətdarlığını və razılığını bildirib.

    Rayon İcra Hakimiyyəti başçının müavini-İctimai-siyasi və hümanitar məsələr şöbəsinin müdiri Sevil Mirzəliyeva 5 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibətilə tədbir iştirakçılarının timsalında rayonun bütün müəllimlərini təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Həmçinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Ağsu rayonu A.Cəbiyev adına Bico kənd tam orta məktəbin müəllimi Qarayev Yaşar Ağaxan oğlunun “Əməkdar müəllim” fəxri adı, Şəhər 1 saylı məktəb- liseyin müəllimi  Abdullayeva Dilşad  Şirin  qızının “Tərəqqi” medalı ilə təltif edilməsini cənab prezidentin bütün sahələrə olduğu kimi təhsil sferasına da göstərilən diqqət və qayğısının bir nümunəsi olduğunu vurğulayıb.

   Tədbirdə çıxış edənlər dövlət başçısı tərəfindən təhsil sahəsinə, diqqət və qayğıdan, əldə olunan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən danışıblar.

Sonda təhsil sahəsində uzun müddət çalışmış, səmərəli pedaqoji fəaliyyətinə görə fərqlənmiş müəllimlərə rayon icra hakimiyyətinin və rayon təhsil şöbəsinin fəxri fərmanları təqdim edilib.


Açar sözlər: ,