20.09.2017

   “15 sentyabr - Bilik günü” qeyd edilib.

   Ağsu rayonun bütün ümumtəhsil məktəblərində “15 sentyabr - Bilik günü” ilə əlaqədar tədbirlər keçirilib. Şəhər 3 saylı tam orta məktəbdə də keçirilən tədbir daha yadda qalan olub.Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ənvər Seydəliyev, Təhsil Şöbəsinin müdiri Səftər Əlabbasov, məktəb rəhbərliyi, pedaqoji kollektiv, şagirdlər, valideynlər , ictimaiyyət nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Leyla Rüstəmzadə tədbir iştirakçılarını salamlayaraq onları təbrik edib. Rayon İcra Hakimiyyətinin başçısı cənab Ənvər Seydəliyev çıxış edərək ölkə başçısı İlham Əliyev cənablarının təhsilə diqqət və qayğısından, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü uğurlu işlərdən söz açıb. Təhsil Şöbəsinin müdiri Səftər Əlabbasov da çıxış edərək ötən tədris ilində əldə edilən uğurlara nəzər salıb, qarşıda duran həlli vacib olan məslələrə diqqət çəkib. Tədbir şagirdlərin hazırladıqları bədii hissə ilə davam etdirilib.