08.09.2017

 Müəllimlərin ənənəvi sentyabr konfransı keçirilib.

   5 sentyabr 2017- ci il tarixdə Ağsu rayon müəllimlərinin konfransı keçirilib.Tədbirdə Ağsu Rayon İcra Hakimiyyəti başçının müavini-İctimai-siyasi və hümanitar məsələr şöbəsinin müdiri Sevil Mirzəliyeva, Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Bibixanım İbadova, 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Elxan Cavadov, idarə və müəssisə rəhbərləri, yüksək balla ali məktəblərə daxil olmuş tələbələr iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək ruhuna hörmət və ehtiramlarını bildiriblər. Sonra keçirilən toplantıda Rayon Təhsil Şöbəsinin müdiri Səftər Əlabbasovun 2016-2017-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr barədə hesabatı dinlənilmişdir.

   Muradılı kənd tam orta məktəbin məzunu, yüksək balla ali məktəbə daxil olmuş Səbinə Niftalıyevanın qızıl medala layiq görülməsi xüsusilə qeyd edilmişdir. Çıxış edən Təhsil Nazirliyinin məsul işçisi Bibixanım İbadova, Ağsudan seçilmiş millət vəkili Tahir Kərimli, 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Elxan Cavadov, Rayon İcra Hakimiyyəti başçının müavini Sevil Mirzəliyeva və digər natiqlər də təhsilə dövlət qayğısından, qarşıdakı tədris ilində təhsil sistemində tətbiq ediləcək islahatların öz bəhərisini verəcəyindən söz açmışlar.


Açar sözlər: ,