25.08.2017

   Məktəbəhazırlıq qruplarına  öyrədici təlimlər davam edir.

   Təhsil naziri cənab Mikayıl Cabbarovun “ 2017-2018 - ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə” əmrinin icrası ilə əlaqədar cari dərs ilində rayonun ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarına ilkin olaraq 542 nəfər 2012 - ci il təvəllüdlü 5 yaşlı uşaqların cəlb olunacağı dəqiqləşdirilmişdir. 24 məktəbdə məktəbəhazırlıq təhsili təşkil ediləcəyi müəyyənləşdirilmiş, diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərmiş 27 nəfər müəllim həmin dərs ilində IV siniflərlə işləyəcək ibtidai sinif müəllimləri arasından seçilmişdir.

   Məktəbəhazırlıq qruplarının müəllimləri 21-26 avqust 2017 - cil tarixlərində YUNİSEF-in maliyyə və metodik dəstəyi ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda aparılan öyrədici təlimlərə cəlb edilmişdir. Təlim proqramı ümumilikdə 36 saatdan ibarətdir. Proqram çərçivəsində müəllimlər "Məktəbəhazırlığın məqsəd və vəzifələri", "İnkişaf və təlim standartları", "5 yaşlı uşağın fiziologiyası, psixoloji xüsusiyyətləri, öyrənmə formaları", "Uşağın inkişafında oyunların rolu", "Ailələrlə əməkdaşlığın əhəmiyyəti və ünsiyyət strategiyaları", "Perspektiv və cari planlaşdırma" və digər mövzularda praktik məşğələlərdə iştirak edirlər.