03.08.2017

   Ağsu Rayon Təhsil Şöbəsinin növbəti şura iclası olub.

   1 avqust 2017-ci il tarixdə Ağsu Rayon Təhsil Şöbəsinin növbəti şura iclası olub. Şura iclasında Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Tofiq Kərimov , Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Cahangir Məhərrəmov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mirqubat Orucov, RTŞ-nın idarəetmə  aparatının məsul əməkdaşları, məktəb rəhbərləri iştirak edib.

   Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Tofiq Kərimov iclası giriş sözü ilə açaraq Əliabbasov Səftər İxtiyar oğlunun Rayon İcra Hakimiyyəti başçısının  sərəncamı ilə Ağsu rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi haqqında iştirakçılara məlumat verib.

   Yeni təyin olunan RTŞ-nın müdiri Səftər Əliabbasov çıxış edərək ona etimad göstərdikləri üçün Rayon İcra Hakimiyyətinin başçısı cənab Ənvər Seydəliyevə və Təhsil Naziri cənab Mikayıl Cabbarova təşəkkürünü bildirib. O, gələcək fəaliyyətində bu məsuliyyətli işin öhdəsindən layiqincə gələcəyini bildirmişdir.

   Daha sonra 30 iyun 2017-ci il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən rayonun ümumtəhsil məktəblərinin IX-XI siniflərinin buraxılış imtahanlarının nəticələri barədə müzakirələr aparılıb.

   “Dövlət ümumtəhsil məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu, yerdəyişməsi və qrupların komplektləşdirilməsi Qaydası”nın təsdiqi haqqında Təhsil naziri cənab Mikayıl Cabbarovun 3 iyul 2017-ci il,178 nömrəli əmrinin icrası, rayonun ümumtəhsil məktəblərində mövcud vakant yerlərə qəbul olacaq kadrlara köməklik göstərmək, məktəb direktorları, direktor müavinləri, RTŞ-nın metodistlərinin diaqnostik qiymətləndirilmədə iştirak edəcəkləri və digər məsələlər barədə müzakirələr aparılmış, lazımı tapşırıqlar verilmişdir.

   Sonda direktorları maraqlandıran suallar cavablandırılıb.