03.08.2017

   IX və XI sinfi birtirən məzunlara yeni attestatların verilməsi başa  çatmışdır.

   Ağsu Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən məktəblərdə IX və XI sinfi birtirən məzunlara yeni attestatların verilməsi başa  çatmışdır.

   IX sinfi başa vuranlara bu il attestat təqdim olunur. Ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə bitirən məzunlara fərqlənmə, digər hallarda isə adi attestat verilir.

   XI sinfi qızıl və ya gümüş medalla  başa vuran məzunlara xüsusi nümunəli, əlaçılara fərqlənmə, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilir.

   Təhsil sənədlərinin forma və məzmununda da dəyişikliklər var. Belə ki, attestatlarda təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, illik və imtahan qiymətləri yazılır. Tam orta təhsil haqqında attestatda şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.

   Ümumi orta təhsil haqqında fərqlənmə attestatının üzlüyü qırmızı, adi attestatın üzlüyü isə yaşıl rənglidir.

   Həmçinin qeyd edək ki, 2016-2017-ci tədris ilinin yekununda Ağsu rayon ümumi təhsil müəssisələri üzrə 586 nəfər XI sinif məzunu və 43 nəfər eksternat imtahan vermiş məzun adi, 5 nəfər fərqlənmə attestatı,      IX sinif məzunlarından isə 710 nəfər adi, 2 nəfər isə fərqlənmə attestatı alıb:

   Ümumi orta təhsil haqqında fərqlənmə attestatı alanlar:

Abdulxalıqova Afər Əhməd qızı – Dilman kənd tam orta məktəb

Feyzullayev Nadir Yaşar oğlu - Şəhər 3 saylı tam orta məktəb

 

    Tam orta təhsil haqqında fərqlənmə attestatı alanlar:

 

Əfəndiyev ülvi Səyavüş oğlu – Şəhər 3 saylı tam orta məktəb

İbrahimli Nərmin Kamran qızı – Şəhər 5 saylı tam orta məktəb

Kərimova Mətanət Qorxmaz qızı - Şəhər 5 saylı tam orta məktəb

Yolçuyeva Lütviyyə İsa qızı – Qaraqoyunlu kənd tam orta məktəb

Rüstəmli Nuranə Ramil qızı – Nuran kənd tam orta məktəb


Açar sözlər: ,