16.06.2017

  Rayonun bütün tam orta ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilmişdir.

    Azərbaycan Respublikasının Təhsil Naziri cənab Mikayıl Cabbarovun 8 iyun 2017-ci il tarixli, 128 nömrəli əmrinə əsasən rayonun bütün tam orta ümumtəhsil məktəblərində olduğu kimi Şəhər 3 saylı tam orta məktəbdə də “Son zəng” tədbiri keçirilmişdir.Tədbirdə İcra Hakimiyyəti başçının müavini İctimai-siyasi və hümanitar məsələr şöbəsinin müdiri Sevil Mirzəliyeva, Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Natiq Heydərov,məktəb rəhbərliyi, pedaqoji kollektiv, şagird kontingenti, valideyn komitələri, valideyn-müəllim assosiasiyaları, ictimaiyyətin nümayəndələri işirak etmişdir. “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı məktəb rəhbərliyi tərəfindən təşkilatı işləri vaxtında başa çatdırılmış, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görülmüşdür. Məktəbin direktoru Leyla Rüstəmzadə məktəbin uğurlarından, Ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan uğurlu dövlət siyasətindən söz açmışdır. Digər natiqlər də çıxış edərək məzunları təbrik etmiş və onlara gələcək fəaliyyətində uğurlar arzulamışlar


Açar sözlər: ,