10.11.2016

“Narkomaniya - əsrin bəlası” mövzusunda tədbir keçirilib     

Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyatı üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə   Ağsu rayon ümumtəhsil məktəblərində vaxtaşırı tədbirlər keçirilir.

Belə tədbirlərdən biri də 8 noyabr  tarixində Ağsu rayonu V.Məmmədov adına Çiyni kənd tam orta məktəbdə keçirilib.Tədbirdə məktəb  rəhbərliyi, pedaqoji kollektiv, ictimaiyyət nümayəndələri, yuxarı sinif şagirdləri iştirak ediblər.

Məktəbin direktoru Nənəqız Quliyeva tədbirin əhəmiyyəti haqqında söz açaraq   ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədi ilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini bildirib. Məktəbin sinifdənxaric və məкtəbdənкənаr tərbiyə işləri üzrə direktor müavini Nuranə Mahmudova, psixoloqu Şəfiqə Şəfiyeva və digərləri  çıxış edərək   Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında fəal iştirakından, onların milli ruhda tərbiyə olunmasının əhəmiyyətindən, cəmiyyətə yararlı bir şəxsiyyət kimi formalaşmasında aidiyyatı orqanlarla yanaşı müəllimlərin və valideynlərin də xüsusi rolundan söz açıb. Məruzə edənlər bəşəriyyətin faciəsinə çevrilmiş narkomaniya ilə mübarizə tədbirlərinin daha da səmərəli formada aparılmasının  zəruriliyini bildiriblər.Tədbir iştirakçıları mövzuya uyğun olaraq maarifləndirici videoçarxı maraqla izlədilər.