11.10.2016

    Ağsu Rayon Təhsil Şöbəsi “5 oktyabr Beynəlxalq müəllimlər günü” nü qeyd edib. 

    Ağsu Rayon Təhsil Şöbəsi ” 5 oktyabr Beynəlxalq müəllimlər günü” ilə əlaqədar   tədbir keçirib. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi məsələlər üzrə müavini Sevil Mirzəliyeva, Ağsu Rayon Təhsil Şöbəsinin müdiri Tahir Xası , Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Ağsu Rayon Komitəsinin sədri Sərdar Məmmədov iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan RayonTəhsil Şöbəsinin müdiri Tahir Xası təhsil işçilərini  təbrik edərək onlara uğurlar arzu edib.
    Tədbirdə Ağsu şəhər 1 saylı məktəb-liseyin direktoru Sənan Nemətov, Ağsu rayon Bico kənd tam orta məktəbinin direktoru Yaşar Qarayev, Padar kənd ümumi orta məktəbinin direktoru Güllü Quliyeva çıxış edərək respublikada dövlət tərəfindən həyata keçirilən təhsil islahatlarından, təhsilin inkişaf səviyyəsindən, Ağsu təhsilinin uğurlarından və əldə edilən nailiyyətlərdən söz açmışlar.
     Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva  rayonun ümumtəhsil məktəblərində çalışan müəllim kollektivini təbrik etmiş,  müəllimlərə göstərilən dövlət qayğısından söz açaraq onların sosial durumlarının yaxşılaşdırılması üçün atılan addımlardan danışmışdır. Sonda  rayon təhsilinin inkişafında xidmətlərinə görə bir qrup müəllimə Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.